MÜƏLLİFLƏR ÜÇÜN QAYDALAR

“Azərbaycan Мilli Elmlər Akademiyası Zoologiya İnstitutunun əsərləri”

dövri məcmuə olub entomologiyanın, parazitologiyanın, epidemiologiyanın, heyvanların ekologiyasının, biokimyasının, etologiyasının, taksonomiyasının, kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə ilə bağlı aktual məsələlərə həsr edilmiş və əvvəllər çap edilməmiş Azərbaycan, ingilis və rus dillərində olan orijinal məqalələri çap üçün qəbul edir. Əlyazmalar jurnalın saytına on line, doc. formatda təqdim oluna bilər. Məqalələr müəlliflərin soyadları ilə adlandırılmalıdır. Hazırlanmış məqalələrin əlyazmaları cədvəllər, şəkillər və ədəbiyyat siyahısı da daxil olmaqla həcmi 12 səhifədən çox olmamalıdır. Məqalənin tərtibatına olan tələblər Çap edilmək üçün təqdim olunmuş bütün məqalələr Microsoft Word mətn redaktorunda Times New Roman şrifti ilə yığılmalıdir. Növlərin latınca adları kursivləF verilməlidir.

Məqalənin başlığı

12 pt ölçülü şriftlə, yarımqara, baş hərflərlə yazılıb səhifənin ortasında simmetrik şəkildə mətn bütün uzunluğu boyu yerləşdirilməlidir. Bundan 2 interval aşağıda müəlliflərin soyadları və inisialları çap olunmalıdır.

Müəlliflərin soyadları və inisialları

12 pt ölçülü şriftlə, yanmqara, kiçik hərflərlə yazılıb səhifənin ortasında simmetrik şəkildə yerləşdirilməlidir. Bundan 2 interval aşağıda müəlliflərin təmsil etdikləri təşkilatla¬nın adları və poçt ünvanları, həmçinin müəlliflərin elektron poçt ünvanları çap olunmalıdır.

Müəlliflərin təmsil etdikləri təşkilatın(-ların) adları, müəlliflərin elektron poçtlarının ünvanları

12 pt ölçülü şriftlə kursiv, kiçik hərflərlə yazılıb səhifənin ortasında simmetrik şəkildə mətn səhifəsinin bütün uzunluğu boyu yerləşdirilməlidir. Əgər müəlliflər bir neçə nəfərdirsə və onlar müxtəlif təşkilatlarda işləyirlərsə, onların adlarının qarşısında rəqəmlər qoyulmalıdır, məsələn, - birinci təşkilatın adı və onun poçt ünvanı, - ikinci təşkilatın adi və onun poçt ünvanı və s. Həmin rəqəm bu təşkilatda işləyən müvafiq müəllifin soyadından sonra sətirüstü indeksdə göstərilməlidir, məsələn, Aliyev A. Mamedov K.L.və s.

Bundan 2 interval aşağıda təqdim olunan məqalənin qısa annotasiyası verilməlidir.

Qısa annotasiya

Təqdim olunan məqalənin 10 sətirə (500 sözə) qədər həcmli qısa annotasiyası (məqalənin yazıldığı dilində) verilir. Şriftin ölçüsü - 11 pt, kiçik hərflərlə. Bu bölmədəki mətndə problemin vəziyyətinin şərhi, düsturlar, cədvəllər, şəkillər və ədəbiyyata istinad olmamalıdır.

Növbəti bölməyə (Giriş) qədər məsafə 2 interval olmalıdır.

Sərlövhələr və yarımsərlövhələr

Sərlövhələr və yarımsərlövhələr yarımqara şriftlə mətndə ayrıca sətirdə verilir. Şriftlərin ölçüləri 14 pt (sərlövhələr və yanmsərlövhələr üçün). Onların nömrələnməsi mətnin sol sərhəddindən başlayır. Avtomatik nömrələmədən istifadə etmək olmaz.

Məqalənin mətni

Hər abzas mətn sahəsinin sol sərhəddindən 0,63 sm buraxılışla başlayır. Sözlərin hecalarının bir sətirdən digərinə keçirilməsinə yol verilmir.

Məqalənin mətni formatlaşdırılmalı (mətnin bütün sətirləri soldan və sağdan düzləndi¬rilməli), adların, xüsusi terminlərin və işarələrin (beynəlxalq Sİ sistemində) düzgün olması üçün diqqətlə redaktə edilməlidir. Mətnin qurulması zamanı ümumi qəbul olunmuş qaydaya əməl olunmalıdır: Giriş (problemin vəziyyəti) - məqsəd - tədqiqatın nəticələrinin (metodi¬ka, istifadə olunan instrumental vasitələr,katoqrafik və başqa faktiki material, nəticələrin təhlili və işlənilməsi üsulları və s. daxil olmaqla) təhlili - nəticə - istinad edilmiş ədəbiy¬yatın siyahısı.

Xülasələr

Hər məqaləyə həcmləri 12 sətirə (600 sözə) qədər olan iki xülasə əlavə edilməlidir. Xülasələr Azərbaycan dilində olan məqalələrə - ingiliscə və rusca, ingilis dilində olanlara - azərbaycanca və rusca, rus dilində olanlara - azərbaycanca və ingiliscə verilməlidir. Hər xülasənin quruluşu belə olmalidir: ortada yarımqara şriftlə Xülasə sözü, sonra yarımqara şriftlə müəllifin soyadı və inisialları, onun altında - məqalənin adi (böyük hərflərlə, yarım¬qara şriftlə), onun altında - adi şriftlə xülasənin əsas mətni. Bu bölmədəki mətndə prob¬lemin vəziyyətinin şərhi, düsturlar, cədvəllər, şəkillər və ədəbiyyata istinad olmamalıdır.

Səhifənin parametrləri

Səhifənin ölçüləri A4 (21,0x29,7sm) olmalıdır.

Səhifənin kənarlarından məsafələr: yuxarıdan və aşağıdan - 4,8 sm, soldan və sağdan - 4,2 sm.

Şəkillər, cədvəllər, düsturlar

Hər bir şəkil (xəritə, diaqram, sxem və s.) hansı proqramda işlənməsindən asılı olmaya¬raq mətndə verilməklə yanaşı, JPEG (*.jpeg, *.jpg) formatda ayrıca faylda verilir.

Ölçülərinin eni 7,75 sm-dən çox olmamalıdır, iri həcmli şəkillər (xəritələr, sxemlər və s.) və ya birləş¬dirilmiş bir neçə şəkil (məsələn, tədqiq olunan prosesin inkişaf dinamikası, müşahidələrdəki ölçmələrin ardıcıllığı və s.) mətn sahəsinin enindən çox olmamalı, səhifənin ortasında yerləşməlidirlər. Şəkillərin altındakı yazının ölçüləri 12 pt (yarımqara), şəkillərin altındakı mətnin (şərti işarələrin açıqlanması, aydınlaşdırma və s.) ölçüləri isə 11 pt (kursiv) olma¬lıdır.

Cədvəllərin nömrələri və adları onların üzərində verilir (12 pt, yarımqara). Cədvəllər çox iri olub mətn sahəsindən kənara çıxmamalıdır. Məqalədəki şəkillərin maksimal sayı 4, cədvəllərin sayı isə 3 ola bilər. Cədvəllər məqalənin mətninin içərisində yerləşməlidir.

Düsturlar aralıq hesablamalarsız, istifadə olunan simvolların açıqlaması ilə (dərhal düs¬turdan sonra), dərəcələrin və sətiraltı indekslərin sətirin ortasına simmetrik yerləşdirilməsi şərti ilə verilməlidir. Düsturların nömrələri, əgər onlar mətndə göstərilirlərsə, düsturun sağ sərhəddi yanında kiçik mötərizədə yerləşməlidir. Düstur və düsturun nömrəsi ilə birlikdə sətirin eni 7,75 sm-dən artıq olmamalıdır. Düsturların yığılması üçün Microsoft Equation 3 redaktorundan istifadə edilməlidir.

Ədəbiyyat

Mətndə ədəbiyyata istinadlar müəllifin adı göstərilmədən kvadrat mötərizələrdə ədə¬biyyat mənbəyinin məqalənin axırındakı nömrəsinə uyğun olan rəqəm şəklində göstərilir.

İstinad verilmiş ədəbiyyat mənbələri məqalənin axırında əlifba sırası ilə deyil, mətndə rast gəlindiyi ardıcıllıqla verilir. Şriftin ölçüsü 12 pt. Hər mənbənin adındakı ikinci və son¬rakı sətirlər birinci sətirdən 0,5 sm sağda başlamalıdır. Ədəbiyyat mənbələri kompyuterin “siyahı” (список, numbering) komandasından istifadə edilmədən ardıcıl olaraq bir-bir nöm¬rələnir.

Ədəbiyyat siyahısında göstərilmiş mənbələr üçün bu məlumatlar verilir:

  • jurnal məqalələri üçün - müəllifin (müəlliflərin) soyadı və inisialları, məqalənin adı. jurnalın adı. çap olunma ili. cildinin nömrəsi, buraxılış nömrəsi, səhifələr;
  • monoqrafiyalar, dərsliklər, dissertasiyaların avtoreferatları və bu kimi başqa ədəbiyyat mənbələri üçün - müəllifin (müəlliflərin) soyadı və inisialları, kitabın adı. şəhər, nəşriyyat, çap olunma ili. səhifəsi;
  • toplular, o cümlədən konfransların (simpoziumların, seminarların və s.) yaxud ayrı- ayn təşkilatların toplularındakı məqalə və tezislər üçün - müəllifin (müəlliflərin) soyadı və insialları, məqalənin yaxud tezislərin adı, konfransın adı. cildinin nömrəsi, şəhər, nəşriyyat, çap olunma ili. səhifələr.

Çapa qəbul edilmiş əlyazmalar resenziyaya verilir və bundan soma onların çap oluna biləcəyi barədə son qərar qəbul olunur. Çapa buraxılmayan əlyazmalar geri qaytarılmır. REDAKSİYA İLƏ ƏLAQƏ MƏLUMATLARI

Ünvan: Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutu. AZ1004, Azərbaycan, Bakı, keçid 1128, məhəllə 504

Telefonlar: +99412 5397359. +99412 5397371

Faks: +99412 5397353

AMEA Zoologiya Institutu

Elm və Təhsil Nazirliyi